Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

İsrail mediasından şok: Türkiyənin kəşfiyyat rəhbərini öldürün!

İsraildə çapdan çıxan “Makor Rişon” qəzeti Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı İraqda öldürülən İran generalı, Qüds Qüvvələrinin komandanı Qasım Süleymaniyə bənzədərək hədəf göstərib.

Boyukmillet.com xəbər verir ki, “Sultan və Süleymani” başlıqlı məqalədə şok iddialar yer alıb.

Belə ki, Fidanın Süleymani kimi İraq və Suriyada vəkalət savaşı apardığını bildirilib:

“Fidan Süleymaniyə çox bənzəyir. Fidan Süleymaninin əkizidir. Hazırda Süleymani yerin üç arşın altında yatdığına görə, indi də Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın planlarına diqqət etmək lazımdır”.

Qeyd edək ki, sözügedən qəzet İsraildə radikal sağ təmayüllü qəzetlərdən sayılır.

(Axar.az)

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …