Cümə , 18 Oktyabr 2024
Drone Cameras

FHN-in İdman-sağlamlıq Mərkəzinə media-tur təşkil olunub

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Mərkəzin mətbuat nümayəndələri üçün media-tur təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, klubun rəisi polkovnik Füzuli Musayev idman-sağlamlıq mərkəzinin 14 min kvadratmetr ərazini əhatə etdiyini, kompleksdə 1950 tamaşaçı yerlik universal zalın olduğunu bildirib.

Daha sonra voleybol, taekvondo, cüdo, güləş, trenajor, üzgüçülük və kikboksinq zallarına baxış keçirilib.

Kompleksdə 700 yerlik açıq havada futbol stadionu, 5 idman zalı (boks, güləş, karate, cüdo, fitness) üzgüçülük hovuzu, 120 nəfərlik iclas və müşavirələrin keçirilməsi üçün akt zalı, konfrans zalı, idman nailiyyətləri üzrə muzey yaradılıb.
İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və xüsusi rütbəli əməkdaşların fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. İdman-sağlamlıq klubunda 4 şöbə və 4 bölmə xdmət göstərir.

Klubun taekvondo, boks, güləş, kikboksinq, cüdo, karate, gimnastika bölmələrinin 500-ə yaxın təmsilçisi respublika çempionatlarında və beynəlxalq yarışlarda iştirak edirlər.

Klubun əsas funksiya və vəzifələrinə aid olan şəxsi heyətin fiziki hazırlığını və nazirliyin qurumları arasında peşə hazırlığının təcəssümü olan xidməti tətbiqi və kütləvi idman növləri üzrə yarışların təşkili və keçirilməsi aiddir ki, bu məqsədlə il ərzində nazirliyin qurumlaırı arasında 9 (şahmat, stolüstü tennis, çoxnövçülük, minifutbol, cüdo, beşnövçülük, səmti müəyyənetmə, voleybol, sərbəst güləş) yarış keçirilib. Bu yarışlarda 800-ə yaxın əməkdaş iştirak edərək öz qüvvələrini sınayırlar. Bundan başqa nazirliyin idmançı əməkdaşları respublika və beynəlxalq yarışlarda iştirak edərək yüksək nailiyyətlər qazanıblar. Belə ki, bu il ərzində cüdo, karate, güləş üzrə avropa və dünya çempionatarında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanılıb.

Paris 2024 Yay Olimpiya oyunlarının Taekvondo yarışlarında gümüş medal qazanan Qaşım Maqomedov İdman-sağlamlıq klubunun üzvüdür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu 2006-cı ildən fəaliyyətə başlayıb. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İdman-sağlamlıq Mərkəzinin açılış mərasimi keçirilib.

Check Also

Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək

İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq …