Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb.

Boyukmillet.com xəbər verir ki, 17 yaşlı cinah oyunçusu buna A Seriyasında “Yuventude”yə 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Villian sözügedən qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalıb.

O, Braziliya çempionatında 10 qol və 8 assistlə yadda qalıb. Beləliklə, futbolçu 18 yaşadək oyunçular arasında yeni rekord müəyyənləşdirib.

Neymar 2009-cu ildə “Santos”un heyətində 16 qolun vurulmasında yaxından iştirak etmişdi.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …