Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

Boyukmillet.com xəbər verir ki, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da Əmrah Bankın təsisçisi Yunus İldırımzadədir.

Check Also

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu …