Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

“Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq” – Şavkat Mirziyoyev

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq.

Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

“Biz qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirilməsinə başlamışıq. Yaxın günlərdə Avropa İttifaqına ekoloji təmiz enerji tədarükü üzrə çoxtərəfli saziş imzalayacağıq”, – o bildirib.

Prezidentin sözlərinə görə, Özbəkistanın Paris Sazişi çərçivəsində əsas məqsədi regionda temperaturun 1,5 dərəcə səviyyəsində saxlanmasını təmin etməkdir.

“Bu istiqamətdə biz Özbəkistanda karbon neytrallığını əldə etmək üçün geniş miqyaslı islahatlar həyata keçiririk. 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı hədəfləyirik və bu öhdəliyi 2050-ci ilə qədər uzatmağa hazırıq. Yaşıl enerjinin payını 40 faizə çatdıracağıq”, – deyə Ş.Mirziyoyev əlavə edib.

Check Also

Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə …