Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir

Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyevin vəfat etdiyi bildirilr.

Müdafiə Nazirliyindən Meydan TV-yə bildirilib ki, hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hərbçinin Kəngərli rayonunun Xok kəndində dəfn olunduğu bildirilir.

Meydan TV hərbi qulluqçunun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Check Also

Hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR VERİLDİ

Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən …