Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır.

Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarını ehtimal edib:

“Buradakı sual bu marşrutun Ermənistandan, yoxsa İrandan keçəcəyi barədədir? Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. Ermənistanın nəqliyyat naziri gəldi, onunla da danışmışdıq. Onların bu marşrutun öz ölkələrindən keçməsi məsələsində istək və iradələrinin olduğunu söyləmək istəyirəm. Bu məsələdə Azərbaycanın nə dediyi bizim üçün qiymətlidir. Biz də ona görə mövqe tutarıq. Digər tərəfdən, layihə üzrə işlərin sürətlə irəlilədiyini deyə bilərik”.

Nazir, həmçinin söyləyib ki, Türkiyə dəhliz vasitəsilə Azərbaycan və Türk dünyası ilə birbaşa əlaqəni təmin edəcək.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …