Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon bələdiyyəsinin sədri Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırıldıqlarını açıqlayıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə DİN sosial şəbəkədə açıqlama yayıb.

“Tunceli Respublika Prokurorluğu tərəfindən Xalqların Bərabərlik və Demokratiya Partiyasından olan Tunceli bələdiyyə sədri Konak və Cümhuriyyət Xalq Partiyasından olan Ovacık bələdiyyə sədri Sarıgül haqqında “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə ayrı-ayrılıqda cinayət işi açılıb”, – məlumatda qeyd olunub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …