Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, noyabrın 12-də qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan Rakif İmran oğlu Cəfərov həkimlərin səylərinə baxmayaraq, ötən gecə Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 12-də Naxçıvanda, Babək rayonunun Cəhri qəsəbəsində baş verib. Hadisə nəticəsində evdə olan Rakif Cəfərov və oğlu Ramin Cəfərov qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıblar. Onlar vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …