Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edib.

Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,15 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …