Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaret partiyası müsadirə edilib

Erməni gömrükçülər İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 25 min qutu siqareti müsadirə ediblər.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qadağan olunmuş yük bu günlərdə “Aqarak” gömrük məntəqəsində aşkar edilib. Siqaretlər yük maşınına yüklənmiş sement kisələrinin içərisində olub.

İşlə bağlı müvafiq materiallar Ermənistanın İstintaq Komitəsinə təhvil verilib.

Qurumun məlumatına görə, gömrük işçiləri son altı ay ərzində İran və Gürcüstandan Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilən təxminən 180 min qutu siqaret müsadirə ediblər.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …