Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinə Dəməşqdə hakimiyyətə gələn silahlı birləşmələrin lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şara bildirib.

“Türkiyə ilə strateji münasibətlərimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri olacaq, inanırıq ki, Türkiyə iqtisadi inkişaf təcrübəsini Suriyaya ötürəcək”, – o qeyd edib.

Əş-Şara 2011-ci ildən bəri Suriyanı tərk etmiş əhalinin yarısının vətənə qayıdacağına ümidvar olduğunu deyib.

“Suriyanılar bir çox ölkələrdə sığınacaq tapdılar, lakin onları ən çox qəbul edən və hörmətlə yanaşan Türkiyə oldu. Ümid edirəm ki, Suriya bunu unutmayacaq”, – o əlavə edib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublika ərazisində 2,9 milyondan çox suriyalı qaçqın ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasının təmin edilməsi planlaşdırılır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …