Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğandan Almaniyadakı hücuma sərt reaksiya

Ötən gün Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 4 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …