Cümə axşamı , 9 Yanvar 2025
Drone Cameras
SEVEROMORSK, RUSSIA - JULY 15, 2017: The Russian battlecruiser Pyotr Velikiy leaves for St Petersburg to take part in a ship parade marking Russian Navy Day. Lev Fedoseyev/TASSÐîññèÿ. Ñåâåðîìîðñê. 15 èþëÿ 2017. Àòîìíûé êðåéñåð "Ïåòð Âåëèêèé", îòïðàâëÿþùèéñÿ äëÿ ó÷àñòèÿ â ïàðàäå êîðàáëåé êî Äíþ ÂÌÔ â Ñàíêò-Ïåòåðáóðã. Ëåâ Ôåäîñååâ/ÒÀÑÑ

Girov götürdüyü Azərbaycan gəmiləri ilə bağlı Eritreya dövlətinə nota verildiyi deyilir

Heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşlarıdır

Azərbaycana aid 3 gəminin heyəti ilə birlikdə Eritreya tərəfindən girov götürüldüyü bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məsələ ilə əlaqədar açıqlama verərək, məsələni nəzarətə götürüldüyünü bildirib.

Qeyd edib ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycan dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya dövlətinin ərazi sularına məcburi giriş edib.

XİN-nin mətbuat sözçüsü bildirib ki, keçid zamanı Eritreya dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılmağa cəhd edilib, məlumat vermək mümkün olmayıb. Eriteriyanın 12 millik ərazi sularına giriş olunduqdan sonra dövlətin müvafiq qurumu tərəfindən gəmilər saxlanılıb.

Hər üç gəmidəki heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşlarıdır.

Ayxan Hacızadənin sözlərinə görə, XİN-nə hadisə ilə bağlı ilkin məlumat ötən ilin noyabrın 7-də daxil olub.

“Hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb. Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir. Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib”, – XİN sözçüsü bildirib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib ki, Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil.

Dövlət Dəniz və Liman Agentliyinin də məlumatında qeyd olunur ki, hadisə ilə bağlı noyabrın 7-də Azərbaycan XİN-nə və Eritreyaya məlumat verilib.

Check Also

Azərbaycanda terror aktı hazırlığında ittiham edilən şəxs məhkəmədə peşman olduğunu bildirib

Azərbaycanda terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam …