Cümə , 10 Yanvar 2025
Drone Cameras

Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib

Avropa Uçuş Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı aviaşirkətləri və üçüncü ölkələrin aviadaşıyıcıları üçün Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələri sərtləşdirib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

“[EASA] bütün uçuş səviyyələrində şərq uzunluğunun 60° qərbindəki Rusiya hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir. Tövsiyə həmçinin EASA-dan təhlükəsizlik icazəsi almış xarici aviadaşıyıcılara da (üçüncü ölkə operatorları) şamil edilir”, – məlumatda deyilir.

Tövsiyə 31 iyul 2025-ci ilədək qüvvədədir və yenidən nəzərdən keçirilə bilər. EASA Avropa Komissiyası ilə birlikdə Aİ və üçüncü ölkə operatorlarının risk təsirinə məruz qalmasını qiymətləndirmək üçün vəziyyəti diqqətlə izləməyə davam edəcək.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir:

“İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.

Check Also

Siyasi şərhçi: “Azərbaycan indi odla su arasında qalıb”

 “Bir tərəfdən kommunikasiyaların açılmasını istəyir, digər tərəfdən Rusiyanın nəzarətini istəmir” Azərbaycan Prezidenti İlham Əliyev yanvarın …