Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib

Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar.

“İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı 7 şübhəli şəxsi saxlayıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən şübhəlilərdən 6-sı həbs edilib, 1-i sərbəst buraxılıb”, – məlumatda vurğulanıb.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …