Bazar , 19 Yanvar 2025
Drone Cameras

Şəhid pilotun qardaşı niye saxlanılıb?

Redaksiyamıza 29 iyul 2023-cü il tarixində daxil olan məlumata əsasən 24 iyul 2019-cu ildə Xəzər dənizində qəzaya uğrayaraq həyatını itirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin pilotu Rəşad Atakişiyevin qardaşı Elşad Atakişiyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılmışdır. Hadisə ilə bağlı əməkdaşımız Atakişiyevlər ailəsi ilə əlaqə saxlayaraq Elşadın saxlanmasının səbəblərini öyrənməyə çalışmışdır.Belə ki,ailə üzvləri Rəşadın ölümünün qəza olması ilə razı deyillər, onun kənardan müdaxilə nəticəsində dünyasını dəyişdiyinə əmin olduqlarını bildirdilər.Onlar hətta bu hadisədə xarici müdaxilənin olduğunu da istisna etmirlər. Elşad Atakişiyev qardaşının işinin araşdırılması ilə bağlı dəfələrlə müxtəlif orqanlara müraciətlər ünvanlanmış lakin,heç bir nəticə əldə edilməmişdir. 28 iyul tarixində səhər saatlarında o evinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılmışdır. Məsələ ilə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi ilə əlaqə saxlamağa çalışsaq da bizə heç bir cavab verilmədi. Şəhid ailəsinin söylədiklərində nə qədər həqiqət payı vardır? Kimlər və nə üçün bu məsələnin araşdırılmasına mane olurlar? Hələki bu suallar tam olaraq öz cavabını tapmır . P.S. Elşad Atakişiyev bugün , 30.07.2023-cü il tarixində günorta saatlarında evə buraxılıb Elşadla görüşmək istəsək də,onun səhhətinin pisləşməsi ilə əlaqədar görüşümüz baş tutmadı

Check Also

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli …