Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

İranda altı siyasi partiya iki qadının edamına etiraz olaraq tətilə çağırış edib

İranın Kürdüstan əyalətinin altı partiyası iki siyasi məhbus Verişe Muradi və Baharxan Əzizi barəsində çıxarılan edam hökmünə etiraz olaraq əhalini tətilə çağırıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, çağırışla bağlı bəyanatı imzalayanlar arasında İran Kürdüstan Demokrat, Azad Həyat (Pajak), Azadlıq partiyaları da var.

Siyasi təşkilatlar əyalətdə bazarları, ümumtəhsil mərkəzlərini, habelə fəhlələri tətilə çağırıblar.

İranın əsas bəluclar yaşayan bölgəsinin, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdül Hamid bildirib ki, siyasi, xüsusilə qadınların edamı təhlükəlidir və dayandırılmalıdır.

Verişe Muradi və Baharxan Əzizi “dövlətə xəyanət” maddələri ilə ittiham olunublar.

Check Also

Aİ Kiyevi atəşkəs fonunda dəstəkləməyə davam edəcəyini açıqlayıb

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi “pasxa atəşkəsi” …