Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyədə faciə: 10 ölü, 32 yaralı var – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Türkiyənin Bolu şəhərində 12 mərtəbəli hoteldə baş verən güclü yanğın faciəyə səbəb olub.

Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.

Yanğının gecə saatlarında, 03.30-da başladığı və qısa müddətdə 4-cü mərtəbədə yerləşən restoran hissəsindən yuxarı qatlara yayıldığı bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı başsağlığı verərək, istintaqın başladığını açıqlayıb. Daxili işlər naziri Ali Yerlikaya isə 267 nəfərlik şəxsi heyətin yanğının söndürülməsi üçün səfərbər edildiyini bildirib. Taxta konstruksiyalı binanın çökmə riski olduğu üçün mütəxəssislər tərəfindən xüsusi xəbərdarlıq edilib.

Hadisə yerinə Bolu və ətraf bölgələrdən çoxsaylı yanğınsöndürənlər, AFAD və UMKE heyətləri, tibb briqadaları və helikopterlər cəlb olunub. Hoteldə qalan bəzi şəxslər çarşafları birləşdirərək, binadan enməyə çalışıblar və bu anlar kameralar tərəfindən qeydə alınıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …