Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyənin Ədliyyə Nazirliyi: Boluda hoteldə yanğın zamanı 78 nəfər həyatını itirib

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib.

Boyukmillet.com “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedib, hadisədə həyatını itirən Gültəkin ailəsinin vida mərasimində iştitak edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …