Cümə axşamı , 30 Yanvar 2025
Drone Cameras

Aİ Rusiyaya sanksiyaları daha 6 ay uzadır

Macarıstan qərarın əleyhinə çıxıb

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sanksiyaların daha altı ay uzadılması barədə razılığa gəliblər.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.

“Bu, Moskvanı müharibəni maliyyələşdirmək üçün əldə edə biləcəyi gəlirdən məhrum etmək üçündür. Rusiya vurduğu zərərin bədəlini ödəməlidir”, – o yazıb.

Macarıstan bu sanksiyaların uzadılmasına qarşı çıxıb.

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Brüssel “yeni vəziyyətə” uyğunlaşmalı və Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir:

“Yox, əgər Ukrayna yenə də Avropa sanksiyalarını uzatmaq istəyirsə, o zaman qaz tranzitini bərpa etməlidir”.

Macarıstanın Baş naziri həmçinin hesab edir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müharibəni dayandırmağa və Rusiya iqtisadiyyatını çökdürməyə kömək etməyib.

Nəticədə Budapeşt sanksiyaların uzadılmasını bloklamaqdan vaz keçsə də, tələb irəli sürüb ki, Aİ Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması fonunda Macarıstanın “enerji təhlükəsizliyi” ilə bağlı narahatlığını nəzərə alacağı barədə bəyanat verməlidir.

Check Also

İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar. Boyukmillet.com. xəbər verir ki, …