Cümə , 31 Yanvar 2025
Drone Cameras

Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib

Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının “silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım” mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.

Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri ilə birlikdə beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.

Check Also

Aİ-nin Ermənistandakı missiyasının müddəti daha iki il uzadıldı

Bu müddət üçün büdcədən 44 milyon avrodan çox vəsait ayrılacaq Avropa İttifaqı Şurası Avropa İttifaqının …