Çərşənbə , 5 Fevral 2025
Drone Cameras

Rusiyada 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub

Bu gün Rusiyanın Perm diyarında 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Perm diyarının Ərazi Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

“Fevralın 5-də Perm şəhərində bir sıra təhsil müəssisələrinin elektron ünvanlarına mina qoyulması barədə anonim məlumatlar daxil olub. Məktəblərin rəhbərləri tərəfindən təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb, 76 nömrəli məktəbdə təxliyə tədbirləri həyata keçirilib, əhalinin həyat və sağlamlığına təhlükə yoxdur”, – nazirlikdən bildirilib.

Diyar paytaxtının müxtəlif rayonlarında yerləşən 12 məktəbə partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar daxil olub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır.

Check Also

Rusiya XİN Ukrayna ilə bağlı danışıqların şərtlərini açıqlayıb

Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər. Boyukmillet.com …