Cümə axşamı , 6 Fevral 2025
Drone Cameras

Bələdiyyələrin fəaliyyətinə dair 2024-cü il üzrə illik məruzə Milli Məclisə təqdim edilib

Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2024-cü il üzrə illik məruzəni Milli Məclisə təqdim edib.

Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məruzənin müzakirəsinin vaxtı parlament tərəfindən təyin olunacaq.

Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Ədliyyə Nazirliyi isə bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu məqsədlə Ədliyyə Nazirliyi hər il Milli Məclisə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə” təqdim edir.

Check Also

Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti …