62 saylı Saatlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, tədqiqatçı alim Əziz Ələkbərovun Saatlı rayonunun mədəniyyət işçiləri ilə görüşü keçirilib.
Uzun illər erməni işğalı altında olan tarixi abidələrimizlə bağlı araşdırmalar aparmış alim Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli mənəvi dəyərlərinin qorunması, inkişafı və dünya miqyasında təbliği sahəsindəki xidmətlərinə diqqət çəkərək mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən də bəhs edib. Mədəniyyət işçiləri ilə keçən səmimi görüşdə çıxış edənlər dövlət başçısının siyasi iradəsi ilə ölkədə aparılan islahatları birmənalı şəkildə dəstəklədiklərini, fevralın 9-da keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərova səs verəcəklərini bildirdilər.