Çərşənbə , 12 Fevral 2025
Drone Cameras

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

Tehran ABŞ ilə danışıqlardan imtina edir, çünki prezident Donald Trampın administrasiyası məsələni diplomatik yolla həll etməyə hazır deyil.

Boyukmillet.com İran KİV-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında deyib.

Tramp daha əvvəl bildirmişdi ki, İranı bombalamaqdansa, onunla nüvə problemi ilə bağlı razılaşmaya nail olmağı üstün tutur.

“Danışıqlar şərtləri nəzərdə tutur. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir. Biz qarşı tərəflə danışıqlara “yox” deyirik, çünki onlar diplomatiya dilini başa düşmürlər. Dünya gördü ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın səyləri ilə imzalanıb, lakin hər şeyə məhz onların birtərəfli qaydada çıxması nəticəsində son qoyulub”.

Check Also

Ermənistan parlamenti Avropa İttifaqına üzv olmanın lehinə səs verib

“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini 63 deputat dəstəkləyib, cəmi 7 …