Cümə axşamı , 27 Fevral 2025
Drone Cameras

Dövlət informasiya ehtiyatlarına kütləvi hücumların olduğu bildirilir

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil

Azərbaycanda artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDoS (xidmətdən imtina hücumu-red.) hücumları edildiyi bildirilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, kiberhücumların qarşısının alınması istiqamətində işlər aparılır.

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarına da giriş mümkün deyil.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında qeyd olunur ki, hücumla bağlı bəzən real İP (İnternet protokolu) ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir.

“Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur”, – məlumatda deyilir.

Fevralın 20-də Azərbaycanda bir sıra xəbər saytlarına kütləvi haker hücumları olub.

Hücuma məruz qalan KİV-lər “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az, “Media.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” internet televiziyası, eləcə də “Azpolitika.info” saytı idi.

Hakerlər hücum etdikləri saytların əsas səhifələrini dəyişərək özünü “Azərbaycan İslam Müqavimət Hərəkatı” kimi ifadə edən “Hüseynçilər” adlandıran qrupun loqosunu yerləşdirmişdilər.

Təşkilat İran tərəfindən maliyyələşdirilir və dəstəklənir. Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.

Check Also

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib

Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb, hər biri 2 min manat cərimələnib. Boyukmillet.com xəbər verir …