Şənbə , 3 May 2025
Drone Cameras

Tramp Ukrayna ərazilərinin qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb

Amerika prezidenti Donald Tramp Rusiya Federasiyasının nəzarətinə keçən ərazilərin Ukraynaya qaytarılması ilə bağlı danışıqların aparılacağını açıqlayıb.

Boyukmillet.com -un məlumatına görə, bunu ABŞ prezidenti Ağ Evdə Böyük Britaniyanın baş naziri Kir Stramerlə görüşündə çıxışı zamanı deyib.

“Biz bu haqda danışacağıq, görəcəyik ki, bunun çoxunu Ukraynaya qaytara biləcəyik”, – deyə o bildirib.

Bir gün əvvəl Tramp Ağ Evdə öz kabinetinin ilk iclasında konkret hansı kompromislərdən danışdığını dəqiqləşdirmədən Rusiya-Ukrayna münaqişəsinin uğurla həlli üçün Rusiyanın güzəştə getməli olacağını bildirib.

Hazırda Krım və Ukraynanın şərqində ölkə ərazisinin təxminən 20%-ni təşkil edən əhəmiyyətli ərazilər Rusiyanın nəzarəti altındadır.

Check Also

İsrail Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum edib

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərində prezident sarayının yaxınlığındakı hədəfə hücum edib. Boyukmillet.com xəbər verir ki, …