Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Türkiyədə məsciddə namaz zamanı qaz sızması nəticəsində 16 nəfər zəhərlənib

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində zərər çəkən 16 nəfər xəstəxanaya aparılıb.

Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, məsciddə təravih namazı (Ramazan ayında qılınan gecə namazı – red) qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.

Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsində karbonmonoksit qazının sızması aşkarlanıb. Zərər çəkənlər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …