Cümə , 12 Dekabr 2025
Drone Cameras

KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib.

“Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!” – Tramp bazar ertəsi əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər.

Check Also

Zelenski iki od arasında: Trampın ultimatumları Kiyevi silkələdi  

“Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarından iki tələbi …