Bazar , 9 Mart 2025
Drone Cameras

Azərbaycan COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib

Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmi hesabında bildirilib.

Qeyd olunur ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək məqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq”.

Check Also

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 15-20 dərəcə isti olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat …