Komitə “Media haqqında” Qanununun Avropa Şurasının standartlarına uyğunlaşdırılması üçün konkret addımlar atmağı tövsiyə edib
Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda jurnalistləri fəaliyyətinə görə hücum, təhdid və təqiblərdən qorumağa çağırıb.
Nazirlər Komitəsi 4-6 mart tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət məqsədilə keçirdiyi rüblük iclasında “Xədicə İsmayılova qrupu” işləri üzrə aralıq qətnamə qəbul edib.
Bu qrupa daxil olan işlər üzrə çıxarılan qərarlarda (4 qərar) hakimiyyətin araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyat və ifadə azadlığı hüquqlarını qoruya bilmədiyi, digər iki işdə isə ərizəçilərin şəxsi toxunulmazlığı ilə medianın ifadə azadlığı hüququnu adekvat qiymət verilmədiyi müəyyən edilib.
Nazirlər Komitəsi aralıq qətnaməsində Avropa Məhkəməsinin İsmayılovanın işi ilə bağlı müəyyən etdiyi hüquq pozuntularının aradan qaldırılması üçün təcili olaraq irəliləyiş əldə edilməli olduğunu vurğulayıb.
Ümumilikdə isə Komitə hökuməti jurnalistlərin müdafiəsi üçün effektiv tədbirlər görməyə, media nümayəndələrinə qarşı hücumların səmərəli şəkildə araşdırılmasını təmin etməyə çağırıb.
Komitə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Qanununun Avropa Şurasının standartlarına uyğunlaşdırılması üçün konkret addımlar atmağı tövsiyə edib.
Bu məsələlərdə irəliləyiş üçün Azərbaycan hökumətini qətiyyətlə Avropa Şurası ilə təmasa dəvət edib.
Komitə Azərbaycandan 2025-ci ilin iyun ayının sonuna qədər yenilənmiş fəaliyyət planını təqdim etməyi xahiş edib.