Şənbə , 13 Dekabr 2025
Drone Cameras

SEPAH-la bağlı Almaniya hökumətinə ÇAĞIRIŞ – Gizli şəbəkələr ifşa olundu

Almaniyadakı “Qadın, Həyat, Azadlıq” dərnəyi ölkənin kanslerinə ünvanlandığı açıq məktubda Almaniya hökumətini İranın təhdidlərinə qarşı təcili tədbirlər görməyə və SEPAH-ı terror təşkilatı kimi tanımasına çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

“Biz keçmiş SEPAH naziri Möhsün Rəfiqdustun son açıqlamalarını eşitdik. O, açıq şəkildə etiraf edib ki, İran rejimi xaricdə öz müxaliflərinə qarşı məqsədyönlü şəkildə siyasi qətllər təşkil edib və həyata keçirib. Bu qətllər onilliklər ərzində müxtəlif Avropa ölkələrində, o cümlədən Almaniyada baş verib”, – deyə məktubda vurğulanıb.

Sözügedən dərnək qeyd edib ki, “İranın Avropadakı terror fəaliyyətini qanunsuz maliyyə köçürmələri və gizli şəbəkələr vasitəsilə maliyyələşdirdiyinə dair sübutlar da var”.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …