Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Fransa Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ – Qətnamə qəbul etdi

Fransa Parlamenti Ukraynanı dəstəkləyən və Rusiya aktivlərinin həbsini tələb edən qətnamə qəbul edib.

Boyukmillet.com UNİAN-a istinadən xəbər verir ki, sənəd 288 səslə təsdiqlənib, 54 deputat isə əleyhinə səs verib.

Qətnamə Aİ, NATO və onun müttəfiqlərini Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirməyə və artırmağa, Aİ üçün “müstəqil Avropa müdafiəsi” qurmağa və Ukraynaya hərbi dəstəyi maliyyələşdirmək üçün Rusiyanın aktivlərini ələ keçirməyə çağırır.

Sənəddə həmçinin Fransa hökuməti və avropalı tərəfdaşları Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi imkanlarını araşdırmağa çağırılır.

Qətnamə simvolik xarakter daşısa da, Fransa hökumətinin Rusiya aktivlərinin həbsinə qarşı mövqeyinə təsir edə bilər.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …