Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Rusiyada “An-12” təyyarəsi eniş zamanı yan tərəfə aşıb, xəsarət alan yoxdur

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Sabetta qəsəbəsindən Novıy Urenqoy şəhərinə uçan “An-12” təyyarəsi eniş zamanı yan tərəfə aşıb.

Bu barədə  Rusiya KİV-ə istinadən xəbər verib.

Qeyd olunub ki, təyyarənin sol şassi dayağı qırılıb.

Ural nəqliyyat prokurorluğu bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Moskva vaxtı ilə saat 13:07-də (Bakı vaxtı ilə 12:07) “An-12” hava gəmisinin Novıy Urenqoy aerodromuna enişi zamanı sol şassi dayağı qırılıb, təyyarə yan zolağa çıxıb. Göyərtədə səkkiz ekipaj üzvü var. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Ural nəqliyyat prokurorluğu bu faktla bağlı yoxlama təşkil edib”, – qurumdan qeyd olunub.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …