Bazar , 22 Noyabr 2026
Drone Cameras

Prezident: Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub

Ağdam rayonunun işğaldan azad edilməsindən sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir, ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında deyib.

Dövlət başçısının sözlərinə görə, bu, keçmiş köçkünlərin qayıtdıqları artıq 13-cü yaşayış məntəqəsidir:

“Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Check Also

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham …