Cümə , 22 Noyabr 2024
Drone Cameras

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki qərargahında seçiciləri ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Azay Quliyev seçicilərin işıq, qaz, su, lift, bankomatların əlçatanlığı, pensiya yaşının çox olması, problemli kreditlər, əfv və digər məsələlərlə bağlı fərdi müraciətlərini dinləyib.
Azay Quliyev 2020-ci il yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin üstünlükləri barədə danışıb.

Azay Quliyev bildirib ki, fevralın 9-da seçicilərin etimadını qazanaraq təkrar Milli Məclisə üzv seçildikdən sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə seçki kampaniyası dövründə görüş keçirdiyi məhəllələrdə bir daha olacaq və seçiciləri narahat edən problemlərin həlli üçün yerindəcə müvafiq qərarlar qəbul ediləcək.

Sonda seçicilər azayquliyev.az saytının “Seçicinin elektron kabineti” xidmətindən istifadə qaydaları və funksiyiları ilə yaxından tanış olub, könüllülərin yardımı ilə onların ərizə və şikayətləri elektron bazaya daxil edilib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …