Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Mart ayında Gürcüstandan aralarında Azərbaycan vətəndaşlarının da olduğu 97 əcnəbi deportasiya edilib

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 xarici vətəndaşı ölkədən deportasiya edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, departament nazirliyin digər qurumları ilə birgə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. Mart ayı ərzində müxtəlif ölkələrdən olan 97 vətəndaşın Gürcüstandan çıxarılması həyata keçirilib. Onlardan bəziləri ölkəni könüllü şəkildə tərk etsə də, digərləri məcburi qaydada deportasiya olunub.

Deportasiya edilən şəxslərə qanunvericiliyə uyğun olaraq Gürcüstana giriş qadağası tətbiq edilib. Gürcüstandan çıxarılanlar arasında Azərbaycan, Hindistan, Belarus, Çin, Tacikistan, Rusiya, Banqladeş, ABŞ, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları var.

Qeyd edək ki, Gürcüstan DİN-nin Miqrasiya Departamenti ölkə ərazisində hüquqi əsası olmadan yaşayan əcnəbilərin müəyyən edilməsi və onların deportasiyasına cavabdeh qurumdur.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …