Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan: Yeni dünya düzəninin Türkiyəsiz qurulması mümkün deyil

Türkiyə Prezidenti ölkəsinin yeni dünya düzəni quruculuğunda mühüm rol oynadığını deyib.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Böyük Millət Məclisində (TBMM) AK Partiyanın qrup toplantısındakı çıxışında danışıb.

O, ciddi proseslərin cərəyan etdiyi dünyanın çoxqütblü sistemə doğru getdiyini vurğulayıb:

“Türkiyə bu prosesdə çox mühüm rol oynayır. Hazırda Türkiyə qlobal siyasətdə baş verən sürətli hərəkətlənmə fonunda öz dayanıqlılığını qorumağa nail olan ölkələrdən biridir.

Açıq görünür ki, dünya təkqütblü dünyadan çoxqütblü dünyaya keçməyə doğru gedir. Türkiyə artıq elə bir vəziyyətdədir ki, heç bir ölkə yeni düzəndə bizim üçün rol müəyyənləşdirə bilməz. O baxımdan, yeni dünya nizamının Türkiyəsiz qurulması mümkün deyil”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …