Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD)operativ qərargahında məlumat verib.

Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:

“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …