Şənbə , 18 Aprel 2026
Drone Cameras

ABŞ-nin vitse-prezidenti: Ukraynadakı münaqişə nüvə müharibəsinə çevrilə bilər

“Ukraynada hərbi əməliyyatların davam etdirilməsi nüvə eskalasiyası riskini təhdid edir”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib.

Onun fikrincə, münaqişənin uzadılması fəlakətli nəticələrə gətirib çıxara bilər: “Müharibənin daha bir neçə il davam etməsi cəmiyyətlərin dağılmasına gətirib çıxaracaq. Bu, nüvə müharibəsinə çevrilə bilər. Münaqişəyə son qoyulması ABŞ administrasiyasının rəsmi siyasətidir. Prezident Donald Tramp öz komandasına hər vasitə ilə müharibəni dayandırmağı tapşırıb”.

Check Also

İran hava məkanını qismən açıb

İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. Boyukmillet.com xəbər verir …