Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Türkiyədə CHP sədri hücuma məruz qalıb

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel hücuma məruz qalıb.

Boyukmillet.com “Haber Global”a istinadla xəbər verir ki, hadisə dünən vəfat etmiş Türkiyə parlamentinin sədr müavini Sırrı Süreyya Önder üçün keçirilən dəfn mərasimindən sonra baş verib.

Mərasimin keçirildiyi Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən naməlum şəxs Ö.Özelə yumruqla zərbə endirib.

Hazırda CHP sədrinin vəziyyətinin yaxşı olduğu bildirilir.

İstanbul Baş Prokurorluğunda hücumla bağlı istintaq başlanılıb. Bu arada Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə telefon əlaqəsi saxlayıb və səhhəti maraqlanıb. 

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …