Bazar , 7 Dekabr 2025
Drone Cameras

Tramp ABŞ Silahlı Qüvvələrini kartellərlə mübarizə üçün Meksikaya göndərmək təklifini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp bazar günü Meksikaya bu ölkənin rəhbəri Klaudia Şeynbauma narkotik ticarəti ilə mübarizədə kömək etmək məqsədilə Amerika qoşunlarını göndərmək təklifini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, Vaşinqton administrasiyasının rəhbəri Florida ştatından Vaşinqtona uçan təyyarəsində mətbuatla ünsiyyətdə olub.

Tramp bildirib ki, belə bir təkliflə çıxış edib, çünki narkokartellərdə “dəhşətli insanlar” var və onların ucbatından minlərlə insan həlak olur.

“Əgər Meksikanın kartellərlə mübarizədə köməyə ehtiyacı olsaydı, mən ora getməyi və bunu etməyi – ABŞ Silahlı Qüvvələrini kömək üçün göndərməyi özümə şərəf hesab edərdim”, – o deyib.

Şeynbaumun təklifi rədd etməsindən məyus olub-olmadığı sualına cavab olaraq Tramp vurğulayıb: “Mən düşünürəm ki, o çox yaxşı bir qadındır. Meksika Prezidenti çox yaxşı bir qadındır, amma o kartellərdən o qədər qorxur ki, hətta sağlam düşünə bilmir”.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …