Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

KİV: Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.

Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …