Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib.

Boyukmillet.com Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.

“Qızılorda vilayətində “Tan-Kumkol” istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar”, – nazirliyin məlumatında bildirilib.

Qeyd edilib ki, onlara tibbi yardım lazım olmayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …