Cümə , 30 Yanvar 2026
Drone Cameras

Zelenskidən Amerikaya QINAQ: Susqunluq Putini ruhlandırır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yeni rekord həcmli hücumundan sonra sərt bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, Zelenski Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb və ABŞ-ın susqunluğunu tənqid edib.

“Rusiyanın hər bir terror aktı – yeni sanksiyalar üçün kifayət qədər əsasdır. Rusiya bu müharibəni uzadır və hər gün adam öldürür. Dünya istirahət günlərinə çıxsa da, müharibə nə şənbə, nə bazar, nə də iş günü tanıyır. Bu reallığı görməməzlikdən gəlmək olmaz. Amerikanın və dünyanın digər ölkələrinin susqunluğu sadəcə Putini daha da cəsarətləndirir,” – deyə Zelenski bildirib.

O vurğulayıb ki, Kremlə qarşı real təzyiq göstərilmədən bu vəhşiliyi dayandırmaq mümkün deyil:

“Qətiyyətli addımların vaxtıdır – ABŞ-ın, Avropa ölkələrinin və dünyada sülh istəyən hər kəsin qətiyyəti. Dünya Rusiya iqtisadiyyatının bütün zəif cəhətlərini bilir. Müharibəni yalnız güclü təzyiqlə dayandırmaq olar. Putini raket buraxılışlarını dayandırmağa deyil, müharibəyə son qoymağı düşünməyə məcbur etmək lazımdır”.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …