Bazar , 7 Dekabr 2025
Drone Cameras

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırır

Bildirilir ki, təşkilat son dövrlər bir sıra çətinliklərlə üzləşib

Bu barədə mayın 28-də Birliyin İdarə Heyəti bəyanat yayıb.

Birlik bildirir ki, son dövrlər bir sıra çətinliklərlə üzləşib – təşkilati problemlər yaranıb, üzvlər arasında əlaqələr zəifləyib.

Bu da onların fəaliyyətinin davam etdirilməsini çətinləşdirib.

Birlik həmçinin qeyd edir ki, qazilərin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanır.

“Gənc Qazilər” İctimai Birliyinin mayın 27-də yaydığı bəyanatda isə deyilirdi ki, sədr Hacı Vəliyev öz istəyi ilə vəzifəsindən istefa verib. Bir neçə gündür ki, sədirlik vəzifəsini İdarə həyətinin qərarı ilə qazi Baris Əliyev həyata keçirir.

“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.

Birliyin sədri Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.
O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

Bundan sonra, martın 31-də polis əməkdaşları onu saxlayıb.

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Hazırda onun vəziyyətinin ağır olduğu və təcridxanada lazımi tibbi müayinədən keçirilmədiyi bildirilir.

Check Also

“Halal” adı ilə donuz əti konservi satılır – Əhaliyə xəbərdarlıq

Ekspert deyir ki, istehlakçının aldadılması qanunvericiliyin kobud şəkildə pozulması sayılır; AQTA inkar edir: “Qeyd olunan …