Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

KİV: ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazırlığı barədə məlumat alıb

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

Bu barədə Boyukmillet.com Amerikanın CBS telekanalına istinadən xəbər verir.

Onun mənbələrinin sözlərinə görə, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. “ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir”, – telekanalın saytı qeyd edib.

Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur.

Check Also

Tramp: Açıq sərhədlər ölkələri məhv edir!

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həddindən artıq yumşaq miqrasiya siyasəti ölkənin mövcudluğuna təhlükə …