Bazar , 22 Noyabr 2026
Drone Cameras

Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub

Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb.

Boyukmillet.com xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.

Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.

“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …