Şənbə , 13 Dekabr 2025
Drone Cameras

TBMM: İsrailin İrana hücumları regionda genişmiqyaslı müharibə riski yaradır

İsrailin İrana hücumları regionda gərginliyi artırır və genişmiqyaslı müharibə riski yaradır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsrailin İrana hücumlarına dair qəbul etdiyi qətnamədə bildirilib.

Sənəddə İsrailin İrana hücumları qınanılıb: “Bu hücum davam edən beynəlxalq əməkdaşlıq və nüvə danışıqları prosesinə qarşı təxribatçı addımdır. TBMM olaraq biz İsrailin regional sülhü təhdid edən bütün hərəkətlərini və İrana hücumlarını qəti şəkildə pisləyirik. Biz bir daha bəyan edirik ki, regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün göstərdiyimiz diplomatik səylərin arxasındayıq”.

Check Also

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir …